İranda terakt törədən terrorçuların kimliyi məlum oldu

0
181

İranda terakt törədən terrorçuların kimliyi məlum oldu

İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) Tehranda terror hücumlarını həyata keçirən terrorçularının şəxiyyyətinin müəyyənləşdirildiyini açıqlayıb.

Açıqlamada 5 terrorçunun təkfirçi və vəhhabi qruplarla əlaqəsinin olduğu qeyd edilib:

“Ramen, Əbu Cihad, Kaxom, Seryes, Fryadon adlı terrorçular İŞİD-ə qatıldıqdan sonra İrandan çıxıblar, Mosul və Rəqqadakı terror hücumlarında iştirak ediblər. Həmin şəxslər 2016-cı ilin avqustundan “Əbu Ayşə” kod adlı bir İŞİD terrorçusunun rəhbərliyi ilə yenidən İrana giriblər”.

ETTELAAT-dan bildirilib ki, “Əbu Ayşə” daha öncə İranın terrora qarşı əməliyyatları çərçivəsində öldürülüb.

Qeyd edək ki, dünən Tehranda Parlament binasına və Ayətullah Xamenei türbəsinə edilən terror hücumları zamanı 17 nəfər ölüb, 52 nəfər isə yaralanıb. Qafqazinfo

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 × one =