“İranda iqtisadi-siyasi durum və milli hərəkatın vəzifələri” mövzusunda növbəti diskussiya keçirilib

0
601
Bütöv Azərbaycan Ocaq­ları­nın (BAO)  təşkilatçılığı ilə “İranda iqtisadi-siyasi durum və milli hərəkatın vəzifələri” mövzusunda növbəti diskussiya keçirilib.
Arazinfo.com-un xəbərə görə, Tədbiri giriş sözü ilə BAO Mərkəzi Şurasının sədri Paşa Həsənli açdı. O, öncə 17 noyabr milli dirçəliş günü münasibətiylə tədbir iştirakçılarını təbrik etdi. Sonra mövzu ilə bağlı məlumat verərək sözü çıxışçılara verdi.
Diskussiya Faiq Ələkbərli, Yasəmən Qaraqoyunlu, Sərdar Cəlaloğlu, Natiq Ulubəy, Dilavər Əzimli, İsgəndər Həmidov, Pənah Hüseyn, Hakim Sadiqli, Ənvər Börüsoy, Zəkulla Bayramlı və b.-nın çıxışları və qarşılıqlı fikir mübadiləsi ilə davam etdirildi.
Tədbirdə Güney Azərbaycan milli hərəkatının tarixi, hazırkı durumu, İran adlanan dövlətdə türklərin milli haqlarının təmin olunmasının müxtəlif modelləri haqqında geniş müzakirə aparıldı. Tədbirin sonunda mövzunun çox önəmli olduğu nəzərə alınaraq bu mövzuda diskussiyaların növbəti tədbirlərdə davam etdirilməsi qərara alındı.

 

BIR CAVAB BURAXIN