İRAN ŞAHININ MƏŞUQƏLƏRİ:Madam Klodun daimi müştərisi ərli qadınlara da tamah salırmış

0
520

Məşhur italyan jurnalisti Oriana Falaçi şahla görüşdükdən və ondan müsahibə aldıqdan sonra Məhəmməd Rza Pəhləvi haqqında yazmışdı: “Əgər əvvəllər qadınlarla danışan bir padşah olubsa, bu, şəksiz, Məhəmməd Rza Pəhləvidir!”

Onun qənaəti reallıqdan çox da uzaq deyil. II Pəhləvinin qadınlarla qeyri-qanuni əlaqəsi haqqında, – təxminən 17 yaşından ölümünə qədər, – çoxsaylı və danılmaz məlumatlar var.

Evli olanda da şah məşuqələrindən imtina etmədi və xüsusi marağını bilən adamlar ona məşuqə rüşvəti verdilər.

Şahın utancverici davranışı bir müddət sonra arvadlarının ona nifrətinə çevrildi. Məhəmməd Rza Pəhləvinin şakəri onun Fevziyyə ilə boşanmasının əsas səbəbi idi.

Marvin Zunis (amerikalı araşdırmaçı, professor – tərc.) “Şahanə süqut” əsərində yazır: “Şah həm də arvadbaz kimi məşhur idi. Şahbabu Fevziyyənin onun davamlı eşqbazlığından qəzəbləndiyi və Sürəyyanın sarayda tək-tənha qalacağı təqdirdə, şahı boşanacağı ilə dəfələrlə təhdid etdiyi bildirilir. Bütün bu dəlillər göstərir ki, şah heç vaxt qeyri-rəsmi cinsi sərgüzəştlərini dayandırmayıb”.

Fevziyyənin boşanması

Məhəmməd Rza Pəhləvi və Misir kralının qızı, şahzadə Fevziyyə ilə evliliyi siyasi nikah idi, ancaq Rza şah misirli gəlinlə yaxşı vaxt keçirə biləcəyinə ümid edirdi. Məhəmməd Rza hələ tacdar şahzadə ikən, Fevziyyə onun zinakar eybilə bağlı şayiələri eşitmişdi, ancaq dedi-qodularda Rza şahın adının hallanması qalmaqalın rüsvatyçılıqla tamamlanmasına mane olurdu.

I Pəhləvinin taxtdan devrilməsi ilə vəziyyət dəyişdi. Əşrəf və Şəms (şahın qızları – tərc.) ömür-gün yoldaşlarından ayrıldıqdan və rəngarəng gecə məclisləri müxtəlif qadınlarla dolduqdan sonra Fevziyyə başa düşdü ki, iş-işdən keçib.

Mahmud Tolui (yazıçı, jurnalist, tarixçi – tərc.) “Oğul və ata” kitabında Şəms Pəhləvinin sarayındakı bir gecə məclisindən bəhs edir. Müəllif həmin məclisdə Fevziyyənin ərinin müxtəlif qızlarla cinsi əlaqədə olduğunu görməsi və ona niyə hörmətsizlik etdiyini soruşduğunu yazır.

Məhz bu dövrdə II Pəhləvinin soyadı “Divsalar” olan bir qızla münasibətlərinin açıqlanması Fevziyyəni ərindən tamamilə usandırdı.

Hüseyn Ferdoust xatirələrində (“Pəhləvi səltənətinin zühur və süqutu” – tərc.) bu əlaqəyə və şahın Fevziyyənin hüzurunda ifşasında Ernest Perronun (şahın isveçrəli eşikağası – tərc.) roluna toxunur. Perron bir ordu polkovnikinin köməyi ilə Fevziyyəni Divsalarların evinin qapısına qədər aparıb və Məhəmməd Rza Pəhləvini çölə çıxartdırıb.

Bu, Fevziyyənin üzləşdiyi yeganə hal deyildi.

Madam Klodun müştərisi

Sürəyya ilə evləndikdən sonra Məhəmməd Rza Pəhləvi eyni davranışı davam etdirdi və hətta 1332-ci ilin (1948-ci il) avqustunda İrandan qaçış kimi hadisələr də eybini malalamadı.

II Pəhləvinin davranışını daha məkrli edən məqam bu idi ki, onun üçün qadının evli və ya ərsiz olması fərq etmirdi.

İsgəndər Deldam (hazırda Asiya, Afrika Tarix Tədqiqatları İnstitutunun prezidenti, Honq-Konqda nəşr olunan “Herald Tribune İnternational”-da baş redaktor – tərc.) xatirələrində (“Mən və Fərəh Pəhləvi” – tərc.) yazır: “Hər dəfə evli bir qadın xoşuna gəldikdə, ərinin yanındaca arvadının gözəlliyini tərifləyir və nəhayət deyirdi: “Ərin olmasaydı, səni xüsusi nahara dəvət edərdim!..”

Pəhləvinin zinakarlığı hətta beynəlxalq qalmaqal yaratdı. Deldam xatirələrində yazır ki, “Sürəyya ilə evliliyi dövründə bir zamanların məşhur türk müğənnisi Berna Egeli tanınmış gecə klubu sahibi, şahın anası ilə şərik olan Rəhiməli Xürrəm tərəfindən İrana dəvət edilmişdi. Egli özünü şaha təslim etməkdən boyun qaçırdı, odur ki, döyülərək saraya gətirildi və Məhəmməd Rza Pəhləvi tərəfindən təcavüzə məruz qaldı. Ölkəsinə qayıtdıqdan sonra Egli məsələni açıqladı və İrandakı Türkiyə

şahdan şikayət etdi, ancaq məhkəmə Egelinin iddiasını araşdırmaqdan vaz keçdi…”

Ancaq bir müddət sonra şah Avropadakı “qız yoldaşları” ilə dilə-ağıza düşdü.

Sürəyyadan boşanıb Fərəhlə evləndikdən sonra Fransada Madame Klodun beynəlxalq fahişəlik müəssisəsinin daimi müştərisi oldu… bu ustaddan aldığı elmlə məşhurlaşdı!

Uilyam Şoukrosun (britaniyalı politoloq – tərc.) ın “Şahın son səfəri” adlı hesabatı bu münasibətlər haqqında şok faktları ortaya qoyur.

Hesabata əsasən, “Madame Claude”-un fahişəxanasından göndərilən qadınlar Mehrabad hava limanında İran XİN əməkdaşları tərəfindən qarşılanır, 3 gün “Hilton” qalıb şahın adət və rəftarını öyrəndikdən sonra onunla görüşdürülürdü.

Enci adlı qadınlardan biri şahın o qədər xoşuna gəlib ki, fahişə ömrünün 6 ayını İranda keçirib.

Şahbanu Fərəh Enci əhvalatından yaxşıca məlumatlansa da, şah ondan əl çəkmirdi. Sonda Encinin özü şahın himayəsindən qaçaraq ölkəsinə qayıtdı!

“Gilda” adlı qız

Məhəmməd Rza Pəhləvinin “Gilda” adlı bir qızla münasibətləri 1351-ci ildə (1967-ci il) məhkəmədə aşkarlandı.

O, ordu zabitlərindən birinin qızı idi. 54 yaşlı şahın 19 yaşlı bir qızla nikahdankənar əlaqəsi şahbanu Fərahlə kəskin ayrılığa səbəb oldu.

Hər ikisi boşanma qərarına gəldi, lakin Məhəmməd Rzanın anası Tacül-Müluk Ayrımlı işə xitam verdi.

Bununla belə, xanədan silkələndi. Şah və Fərəh bundan sonra ər-arvad qalmağa razılaşdılar. Cütlük bir yerdə olsa da, heç bir əlaqəyə malik deyildi.

Ancaq Gilda sonradan şahın qəlbini qıraraq başqasının ağuşuna atıldı.

Məhəmməd Rza bir müddət Sofi Lorenə aşiq oldu və onu baha qiymətə İrana gətirməyə çalışdı, lakin rədd cavabı aldı.

O, isveçrəli tibb bacısından olan qızı Leyladan da xəbərsiz idi. Bu məsələ də ortaya çıxdı və qalmaqala səbəb oldu.

Beləliklə, İkinci Pəhləvi evli ola-ola şəhvət düşkünlüyü ilə şöhrət qazandı.

Tərcümə: Strateq.az