İran raket sınağı ilə ABŞ-a mesaj vermədiyini deyir

0
706

Reuters agentliyinin məlumatına görə, İran bəyan edib ki, onun raket sınaqları ABŞ-ın yeni prezidenti Donald Trump-a mesaj vermək və ya onu bərkə-boşa salmaq məqsədilə keçirilmir.

İranın rəsmi bəyanatında qeyd olunur ki, Tehran Trump-ı yoxlamadan da onu kimliyini yaxşı bilir.

İran özünün ballistik raketlərini ötən həftə sınaqdan keçirib və bunun ardınca cənab Trump “Tehranın odla oynadığı” barədə tvit yazıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi deyib ki, “İranın raket sınaqları ABŞ hökumətinə mesaj deyil”.

“Bizim cənab Trump-ı sınamağımıza heç bir ehtiyac yoxdur, çünki bu yaxınlarda onun müxtəlif məsələlərə baxışı barədə eşitmişik…Onu yaxşı tanıyırıq” – deyib sözçü.

İran 2015-ci ildə dünya gücləri ilə nüvə sazişi imzaladıqdan sonra bir neçə ballistik raket sınağı keçirib.

Yanvarın 29-da isə cənab Trump Ağ Evə gələndən bəri ilk belə sınaq keçirilib. Trump özünün seçki kampaniyası ərzində İranın raket proqramını dayandıracağı barədə vəd vermişdi.

Qasemi deyib ki, ABŞ hökuməti hələlik “stabil vəziyyətdə deyil” və Trump-ın bəyanatları isə “ziddiyyətlidir”.

“Biz onların yanaşmasını qiymətləndirmək üçün gözləməliyik görək ABŞ hökuməti müxtəlif beynəlxalq məsələlər barədə hansı addımları atacaq” – deyib XİN-in sözçüsü.

Reuters yazır ki, Vaşinqton və Tehran arasında qızğın söz deyişməsinə baxmayaraq, ABŞ müdafiə naziri Jim Mattis şənbə günü deyib ki, o İranın “davranışı” ilə bağlı Yaxın Şərqdəki ABŞ qüvvələrinin sayını artırmaq fikrində deyil.

İran prezidenti Həsən Ruhaninin administrasiya başçısının müavini Həmid Abutalebi deyib ki, “ABŞ regional gərginliyi artırmalı yox, azaltmalıdır və İrana meydan oxumaq əvəzinə onunla dialoq qurmalıdır”.

İran elan edib ki, sərbəst üslübda güləş üzrə Dünya Çempionatında iştirak edəcək ABŞ idmançılarına viza verilməsini planlaşdırır.

Donald Trump iranlılara ABŞ-a gəlmək qadağanını qoyanda, Tehran da güləşçilərə viza verilməyəcəyini demişdi.

BIR CAVAB BURAXIN