İrəvan Qarabağın əsiridir: əgər Paşinyan… – Erməni KİV

0
244

Ermənistan tranzit dövlət kimi unikal siyasi və iqtisadi imkanlara sahibdir. Bu imkanlarını reallaşdırmaq üçün İrəvan Qarabağ probleminin həllini tapmalıdır.

Bunu “1in.am” saytına müsahibəsində ukraynalı analitik Vitali Portnikov deyib.

“Ermənistan ilk növbədə Qarabağın, daha sonra isə avtoritarizmin əsiridir. Qarabağ konflikti həll edilmədən, Türkiyə və Azərbaycanla sərhədlər açılmadan, bütün qonşularından təhlükəsizlik zəmanəti almadan Ermənistan iqtisadi və siyasi situasiya dəyişməz olaraq qalacaq. Əgər resurslar yoxdursa, həyatı yaxşılaşdırmaq olmaz. Bu resurslar Ermənistanın geostrateji vəziyyətinin əsasında gizlənir. Heç bir rus bazası bu resursları dəyişməyəcək. Bunu ədalətli şəkildə etiraf edib, yeni rəhbərliyə sual vermək lazımdır. Əgər yeni rəhbərlik Qarabağda status-kvonu saxlamaq istəyirsə, o zaman o, avtomatik olaraq yoxsulluq, emiqrasiya məsələsində də status-kvonu saxlayacaq”, – deyə o bildirib.

Ekspertin fikrincə, İrəvandakı etirazlar Vladimir Putinin postsovet məkanında qoyduğu oyun qaydalarına qarşı etirazdır:

“Bu oyun qaydaları hakim klanlarla bağlıdır. Buna görə, hakimiyyət məsələləri küçələrdə yox, kabinetlərdə həll edilir. Paşinyan etirazların geosiyasi konteksti olmadığını deyir. Bəs Paşinyan ölkəni necə idarə etmək istəyir? Əgər onun yeganə hədəfi baş nazir olub, Serj Sərkisyanın kursunu davam etdirməkdirsə, o zaman müxalif lider artıq indidən məğlubiyyətə uğrayıb”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

12 − 2 =