İqtisadçı professordan bəşəriyyətin aqibətini dəyişəcək sensasion ANONS…

0
556

 

 “Müsəlmanlar hələ də Qüds davası, cənnət-cəhənnəm, çoxarvadlılıq və ya pedofilliyin leqallaşdırılması mübarizəsi ilə məşğuldurlar”

Arazinfo.com-un verdiyi məlumata görə, tanınmış iqtisadçı alim, professor, keçmiş maliyyə naziri Saleh Məmmədov Moderator.az-a açıqlamasında olduqca maraqlı bur mövzuya toxunaraq qarşıda bəşəriyyəti gözləyən sensasion yeniliklərin anonsunu verib:
“Helium 3 qeyri radiaktiv izotopdur, İngiltərə universitetində Avstraliyalı alim tərəfindən kəşf olunmuş, yerin səthində ehtiyyatları çox azdır, Ayın səthində təqribən 10 milyon ton ehtiyyatı var, ABŞ (NASA) tərəfindən kəşf olunub və mənimsənilib, yerə gətirilməsi barədə Çinə sifariş verilib. Çin bir neçə il bu layihə üzərində işləyir. Bu izotop yüksək enerji yaratmaq qabiliyyətinə malikdir. Onun enerjisi 5000 il bütün yer kürəsinə yetər.
15-20 ildir ki, mətbuat vasitəsi ilə Azərbaycan ictimaiyyətinə və bütün müsəlmanlara xəbərdarlıq edirəm ki, neft erası bitmək üzrədir, bütün iqtisadiyyatı elmə yönəltmək lazımdı, Helium 3, həm də başqa enerji mənbələri gətirilir. Orta əsrlərdə, guya “müsəlmanların elminin pik” vaxtında Avropalılar Amerika, Avstraliya, Antraktida kimi yeni qitələri kəşf etdilər, dünyanı yönəldən ABŞ, Kanada, Avstraliya, Braziliya, Argentina kimi dövlətlərini qurdular, indi yeni planetlər kəşf edərək onların zəngin ehtiyyatlarını mənimsəyirlər (boş, əsassız dollar çapı iddiasında olan müsəlmanlara cavab – yalnız Helium 3 ehtiyyatı dollar kimi bir neçə milli valyutaların əsasını təşkil edə bilər), müsəlmanlar hələ də yatır, Qüds davası, cənnət-cəhənnəm, çoxarvadlılıq və ya pedofilliyin leqallaşdırılması mübarizəsi ilə məşğuldurlar.
Bir neçə ildir ki, (20-25 il) təklif edirəm ki, kosmik tədqiqatlar, materialşunaslıq, fəza mühəndisliyi, fəza iqtisadiyyatı və s yeni elm sahələri üzrə elmi infrastrukturlar yaradılmalı, elm xərcləri dəfələrlə (zəruri olan ən azı 20 dəfə) artırılmalı, kosmos ölkələri ilə birgə tədqiqatlara başlanmalıdı, təəssüf ki, hələ dünya elminin nailiyyətlərini belə sadəcə qavraya bilmirik”.

BIR CAVAB BURAXIN