İnterpol hindistanlı milyarderin həbsinə order verdi

0
519

İnterpol Hindistandan  olan milyarder Mexuk Çoksinin həbsi barədə qırmızı orderi imzalayıb.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, hindistanlı milyarder Pəncabdakı milli bankdan fırıldaq yolu ilə 2 milyard dolları mənimsəyərək ölkəni tərk edib. Məsələ ilə bağlı The Times of İndia qəzetinin yazdığına görə, Mexul Çoksi və  onun yaxın qohumu Nirav Modibirgə Pəncab bankından  2 milyard dolları mənimsəyərək xaricə qaçıblar. Bu barədə ancaq ötən ilin sonlarında xəbər tutulub. Hələlik Mexul Çoksi və onun qohumunun harada qaçıb gizləndiyi məlum deyil. Həm Hindistan polisi, həm də İnterpol Mexul Çoksinin və qohumunun yerini müəyyən etmək üçün müxtəlif tədbirlər həyata keçirirlər.