İndoneziyanın 9 müdrikindən biri olan azərbaycanlı – Foto

0
1029


İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani açıqlamasında deyir: “İslamı İndoneziyaya XIV əsrdə yaşayan və Səmərqənddən gələn Malik İbrahim adlı din xadimi gətirib. Mənbələrə görə, o, Səmərqəndə Xəzərin sahilindən, daha doğrusu, Azərbaycandan gəlib. O, Səmərqənddə islamı öyrənirdi, sonra İndoneziyaya gəldi. Beləliklə, islam İndoneziyada azərbaycanlılara görə yayılıb”.

Kult.az xəbər verir ki, bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev deyib. O, İndoneziyanın tarixini dəyişən azərbaycanlı alim haqda maraqlı faktları bölüşüb:

“Kimdir bu Malik İbrahim? İndoneziyada Kakek Bantal və Sunan Gresik kimi tanınan Malik İbrahim hürufilərin ardıcıllarından idi. Əsas məqsədi Səmərqənddə hürufiliyi yaymaq olan Malik İbrahim Fəzlullah bin Əbi Məhəmməd Nəimi Təbrizinin yaxın silahdaşı olub. Xüsusi missiya ilə Səmərqəndə gəlib Əmir Teymur sarayına yaxınlaşmağa cəhd edən Malik İbrahim burda izləndiyini başa düşür və özünə Makdum İbrahim əl-Səmərqəndi adını götürərək uzaqlaşır. Tale onu İndoneziyaya gətirir və o, burda islam dinini yaymağa başlayır. Bu gün İndoneziyada onu 9 müdrikdən biri sayırlar. İndoneziyada onun adına məscid, küçə var. İndoneziya tarix kitablarında adı ön yerlərdən birini tutur. 7 aprel 1419-cu ildə İndoneziyada rəhmətə gedən hürufi alimin öz dəsti xətti ilə yazdığı Qurani-Kərim kitabı hələ də qorunub saxlanılır”.

 

BIR CAVAB BURAXIN