İmişli sakini köhnə maşınlardan yük maşını düzəltdi

0
584

İmişli sakini köhnə avtomobillərdən yük maşını düzəldib.

 

Tofiq Əzimov düzəltdiyi pikapdan şəxsi işləri üçün istifadə edir.

 

Bu pikap tipli avtomobilin kabini QAZ-24, digər hissələri isə QAZ-69, UAZ hissələrindəndir. İmişlinin Sarıxanlı kənd sakini Tofiq Əzimov avtomobili 8 aya ərsəyə gətirib. Avtomobilin uzunluğu və eni fərqli olduğu üçün ehtiyat hissələrini bərpa etmək  xeyli vaxt alıb. Çəkisi 2 ton olan avtomobil bir o qədər də yükgötürmə qabiliyyətinə malikdir. O, avtomobili əsasən təsərüffatda istifadə etmək üçün yığıb. Mühərrik və sürət qutusu QAZ-24-ün olan bu avtomobil 4 çarxlı sayılır.

 

Tofiq Əzimov düzəltdiyi pikapla kənddə kənara çıxa bilmir.

BIR CAVAB BURAXIN