İlham Əliyev “Şərq Tərəfdaşlığı” sammitinə qatılacaq

0
565
İlham Əliyev “Şərq Tərəfdaşlığı” sammitinə qatılacaq

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 24-də Brüsseldə keçiriləcək V “Şərq Tərəfdaşlığı” sammitinə qatılacaq.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə AzVision.az-a Avropa İttifaqının mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.

Qeyd edilib ki, sammitdə “Şərq Tərəfdaşlığı” proqramına daxil olan digər ölkələrdən Ermənistanı prezidenti SerjSarkisyan, Ukraynanı Pyotr Poroşenko, Gürcüstanı baş nazir Georgi Kvirikaşvili, Moldovanı baş nazir Pavel Flippin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Belarus sammitdə nə prezident, nə də baş nazir səviyyəsində təmsil olunacaq. Bu ölkənin nümayəndə heyətinə xarici işlər naziri Vladimir Markey rəhbərlik edəcək.

BIR CAVAB BURAXIN