II Qareginin ofisi etirazçıların əlinə keçdi

0
512

Ermənistanda “Yeni Ermənistan, yeni patriarx” hərəkatının aktivistləri erməni katolikosu II Qareginin dəftərxanasına girməyi bacarıblar.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində katolikosun mətbuat katibi Vaqram Məlikyan paylaşıb. Onun sözlərinə görə, zorla katolikosun ofisinə girməyi bacaran etirazçılar provokativ addımlar atıb, eləcə də öz ultimatumlarını səsləndiriblər.

O, dəftərxanaya daxil olanların güc tətbiq etmək istədiklərini də bildirib.

Qeyd edək ki, II Qareginə qarşı etirazlar Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra güclənib. Etirazçılar Qareginin bütün ermənilərin katalkosu titulundan imtina etməyini və vəzifəsindən getməyini tələb ediblər. Paşinyan artıq məsələyə diplomatik münasibət bildirib. O, kilsənin dövlətdən ayrı olduğunu və hökumətin kilsə işlərinə müdaxilə etməyəcəyini açıqlayıb.

BIR CAVAB BURAXIN