İCRA BAŞÇISININ BİZNES İMPERİYASI – Villalar, hotellər, şirkətlər, restoranlar

0
128

Avropada yaşayan jurnalist-blogger Həbib Müntəzir Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin çoxmilyonluq biznes şəbəkəsi barədə məlumat verib. “AzPolitika.info”nun məlumatına görə, icra başçısının biznes imperiyasına şirkətlər, zavodlar, restoranlar, istirahət mərkəzləri və sair daxildir. Onun eyni zamanda çoxsaylı villa və mənzillərə sahib olduğu bildirilir. 13 ildir icra başı olan Mübariz Əhmədzadənin bu qədər böyük varidatı necə əldə etdiyi məlum deyil. Ancaq… 

“13 ildir icra başı olan Mübariz Əhmədzadə Zaqatalada zəlzələdən zərər çəkənlərin evlərinin çoxunu hələ də təmir etdirməyib. Halbuki dövlət büdcəsindən 300 milyon manat pul ayrılmışdı, manatın manat vaxtı. Pullar hara, necə gedir?”– deyə, jurnalist-blogger icra başçısının bu varidatı necə əldə edə biləcəyinə  işarə vurub. 

Yəqin ki, hüquq-mühafizə orqanları Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşı olan icra başçısının belə böyük varidatı hansı yollarla əldə etdiyini araşdıracaq.. Hələlik biz, 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenilə təltif edilən Mübariz Əhmədzadəyə aid olduğu bildirilən əmlakların tam olmayan siyahısını dərc edirik. 

VİLLA və MƏNZİLLƏR 

Qax rayonu, İlisu kəndində dəbdəbəli villa;

Zaqatalada 1 hektarlıq sahədə, 5 milyon manatlıq villa;

Londonda “69-70 Princes GateKnightsbridge, SW7 2PA” ünvanında 6-cı, 7-ci və 8-ci  mərtəbələrdən ibarət malikanə;

Kiprdə dəbdəbəli malikənə;

Bakıda, Yasamal, Zahid Xəlilov küç. ev 68, mənzil 88;

Bakı, Binəqədi rayonu, S,S, Axundov küç, ev 1/2 ünvanda mənzil;

Qax, M.F. Axundov küç, ev 15 ünvanında mənzil;

Zaqatala, Car küç. ev 3A ünvanda mənzil.

HOTELLƏR və RESTORANLAR

Qaxda “El Resort” otel kompleksi;

Qax, İlisu kəndində “Yurd Hotel” istirahət kompleksi;

 İlisu kəndində “Yaşıl Park” otel kompleksi;

“Səngər Qala” otel kompleksi,

“Ulu Dag” oteli,

Qax rayonu, Eden Park Hotel;

Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan “Residence” ailəvi istirahət mərkəzi.

Bakı, Koroğlu Rəhimov küçəsindəki “Növbahar” Restoranı

Bakıda “Zakura Yapon mətbəxi” restoranı

YERLİ ŞİRKƏTLƏRİ və  OBYEKTLƏRİ

Qax Fındıq Zavodu;

Qax rayon taxıl məhsulları kombinatı;

Qax Rayon Avtovağzalı;

“ULUYURD” şirkətlər qrupu:

“Advisors CO.” şirkəti;

“Proyekt”, MMC şirkət;i

“Çağdaş“ MMC şirkəti;

“Elit-R1“ MMC şirkəti;

“Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“İlisu Uludağ Turizm və İstirahət Kompleksi”;

XARİCDƏ OLAN ŞİRKƏTLƏRİ: 

Çexiyada “ALPS s.r.o.” şirkəti;

İngiltərədə “GYUNEL LİMİTED” şirkəti

İngiltərədə “GLOBALLY LTD” adlı daha bir şirkət

Türkiyədə “Etiler Dış Ticaret Limited” şirkəti

Kipr və Cenevrədə də də şirkətləri və biznesləri mövcuddur 

VƏZİFƏDƏ OLAN YAXIN  QOHUMLARI:

Qardaşı Əhməd Əhmədzadə “Su və Melorasiya” ASC nin rəhbəri;

Oğlu Coşqun Əhmədzadə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini;

Oğlu Rəşad Əhmədzadə Səbail Rayon polis idarəsinin 8-ci Polis Bölməsinın rəisi;

Xalası oğlu Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı;

Qardaşı oğlu Vüqar Əhmədzadə – DSMF Qax rayon şöbəsinin müdiri;

 Qardaşı oğlu Tərlan Əhmədzadə Qax Mərkəzi Xəstəxananın baş həkimi;

 Qardaşı oğlu Cuma Əhmədzadə Azərbaycanda və xaricdə xeyli şirkətlərin sahibi;

 Qardaşının qudası Elman Rüstəmov Mərkəzi Bankın rəhbəri;

Yazıda qeyd olunanlarla bağlı  Mübariz Əhmədzadənin də mövqeyini dərc etməyə hazırıq. 

AzPolitika.info