İƏT münaqişənin həllində Azərbaycanı dəstəkləyir

0
567

Economic Cooperation Organization (ECO) Logo

İslam Ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dərin narahatlığını ifadə edib.

Bu barədə verilmiş bəyanatda deyilir ki, bu münaqişə regionla iqtisadi əməkdaşlığa və inkişafa mane olur.

Bu da qeyd olunur ki, ölkələrin suverenliyinə dair beynəlxalq aləmdə qəbul olunmuş prinsiplərə əməl edilməsi vacibdir.

İƏT-in bəyanatında deyilir ki, üzv ölkələrin ərazilərinin başqa ölkələr tərəfindən işğalı və ya demokratik qaydada seçilmiş hökumətlərə qarşı sui-qəsd cəhdləri yolverilməzdir.

Bu bəyanatda habelə Azərbaycan hökumətinə müsəlman dövlətləri arasında həmrəyliyin gücləndirilməsi işində dəstək verilməsinin vacibliyi qeyd olunur.

Bəyanatda Azərbaycanda keçiriəcək 4-cü İslam Həmrəyliyi Oyunları alqışlanır.

BIR CAVAB BURAXIN