Hyustonda Bakı ilə münasibətləri kəsməyə çağırdılar

0
583
 

Freedom Now (təşkilat Vaşinqtonda mənzillənib) Direktorlar Şurasının üzvü Coşua Nyukamer və keçmiş konqres üzvü Kris Bell  “Houston Chronicle” qəzetində dərc etdirdikləri məqalədə Hyuston və Bakı arasındakı qardaşlıq münasibətlərini kəsməyə çağırıblar.

Görünür, Nyukamer və Bellin təşəbbüsü Azərbaycana qarşı, ekspertlərin, həmçinin Qərb yönümlülərin haqqında çoxdan danışdıqları sistemli təzyiqin növbəti elementidir .

Arazinfo.com Virtualaz.orq-a istinadən bildirir ki, məqalə müəlliflərinin fikrincə, Hyuston və Bakı arasında qardaşlıq münasibəti “Hyuston dəyərlərinə” ziyan vurur. Amerika xadimləri Azərbaycan hökumətini yenidən onda ittiham ediblər ki, o, “müstəqil səsləri susmağa” məcbur edib və s. Məsələn, xatırladılır ki, hazırda Azərbaycanda təxminən 120 siyasi məhbus var. Ancaq bu vaxt Nyukamer və Bell yada salmağı unudurlar ki, bu siyasi dustaqların  70%-i (hiss olunur ki, Leyla Yunusun siyahısı üzrə) islam radikallarıdır. Belə insanlarla ABŞ-da necə rəftar etdiklərini xatırlatmağa, zənnimizcə, ehtiyac yoxdur.

Xatırladaq ki, Hyuston və Bakı 40 ildən çoxdur ki, (hələ SSRİ  vaxtlarından) qardaşlaşmış şəhərlərdir. Baxmayaraq ki, ABŞ-da Sovet İttifaqını, prezident Ronald Reyqanın təbirincə, “şər imperiyası” adlandırırdılar, amma hətta onda belə, Bakı ilə qardaşlıq münasibətlərinin  ləğvindən danışan yox idi…

 

BIR CAVAB BURAXIN