Hollivudda qalmaqal — Salma Hayek cinsi zorakılığa məruz qaldı

0
566

Hollivudda növbəti qalmaqal
Məşhur aktrisa Salma Hayek prodüser Harvey Vaynştaynı cinsi zorakılıqda ittiham edən qadınların cərgəsinə qoşulub.

Arazinfo.com “Ölkə.az”-a istinadən xəbər verir ki, Salma prodüser tərəfindən öldürülməklə təhdid edildiyini və cinsi zorakılığa məruz qaldığını bildirib. Aktrisa Vaynştayn üçün “o bir canavardır”-deyib.

AralarındaRoz MakQovan, Ancelina Coli və Qvinet Peltronun olduğu onlarla qadın Vaynştaynı zorakılıqda ittiham edir. 65 yaşlı prodüser isə bu ittihamları qəbul etmir.

51 yaşlı aktrisa Salma isə “New York Times” qəzetinə başına gələnləri danışıb. Hayek qeyd edib ki, baş verənlər “Frida” filminin çəkilişləri zamanı baş verib. Frida obrazını canlandırmaqdan zövq aldığını bildirən Salma layihə müddətində Vaynştaynın seksual xarakterli təkliflərinə rədd cavabı vermək məcburiyyətində qaldığını söyləyib:

“Onunla birlikdə duş qəbul etməyi rədd etdim”;
“Duş qəbul edərkən məni izləməsinə rədd cavabı  verdim”;
“Məni masaj etməsinə icazə vermədim”;
“Çılpaq bir dostumun məni masaj etməsinə icazə vermədim”;
“Mənə etdiyi oral seks təklifinə yox dedim”;
“Başqa bir qadınla onun qarşısında soyunmağa yox dedim”.

Hayek bildirir ki, hər dəfə rədd cavabı alan Vaynştayn əsəbiləşib. Sonra isə prodüser aktrisanı başqa bir qadınla çılpaq səhnədə oynamağa məcbur edib və əks təqdirdə layihəni ləğv etməklə hədələyib.

Salma lazımsız saydığı bu səhnənin çəkilişlərində ağladığını, sakitləşdirici qəbul etdiyini, sonra isə qusduğunu yazıb.
Vaynştayn isə Salmaya “Səni öldürərəm, bunu etməyəcəyimi düşünmə”-deyib.

BIR CAVAB BURAXIN