Hollandiyada İslam əleyhinə aksiya

0
563

Hollandiyada İslam əleyhinə aksiya

Hollandiyanın Lahey kəndində İslam əleyhinə aksiya keçirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aksiya Ahmadiyya Fonduna bağlı Əl Kıbleteyn məscidinin aldığı qədim kilsənin qarşısında baş tutub.

Aksiya keçirən qrup “Hollandiyada İslam və məscid istəmirik. Bir kilsənin müsəlmanlar satılmasını anlamırıq. Küçəmzdə cihad istəmirik”,-deyə şüarlar səsləndiriblər.

Fondunun rəhbəri Dr. Robbert Məhəmməd Əmin isə keçirilən aksiyaya anlamadığını söyləyib.

O, “Aksiya edənlər bizimlə danışmaq əvəzinə şou etməyi seçdilər. Bu cür insanların İslam haqqında yalnış düşüncələri var. Bizimlə dialoqa keçərək bu düşüncələri dağıtmaları lazımdır”,-deyə vurğulayıb.

BIR CAVAB BURAXIN