Hitlerın “qızıl qatarı”nın sirri açılır

0
252

Polşada Adolf Hitlerin “qızıl qatarı”nın axtarışları yenidən başlanıb.

 

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, qatarın olduğu təxmin edilən əraziyə dünən geodeziya avadanlıqları ilə mütəxəssislər gəliblər.

 

Bu gün axtarış zonası təhlükəsizlik üçün hasarlanıb. Qazıntı ərazisinə ağır texnika gətirilib.

 

Qiymətli metalları daşıyan Hitlerin zirehli qatarının təxminən 150 metr uzunluqda olduğu bildirilir. “Qızıl qatarı” II Dünya Müharibəsinin sonunda Polşanın Valbjix şəhərinin yaxınlığındakı alman qalasından çıxıb və sonra müəmmalı şəkildə yoxa çıxıb.

 

Alimlər və xəzinə ovçularının fərziyyələrinə görə, qatar tunellərdən birində sovet aviasiyasından gizlədilə bilərdi.

 

“Qızıl qatarı”nın sirri üç-dörd gün ərzində açıla bilər”, – axtarış qrupunun nümayəndəsi Ancey Qaik “Polşa radiosu”na bildirib. Onun sözlərinə görə, qatar ot tayasında iynə deyil və o, həqiqətən gizlədilibsə, aşkar ediləcək.

 

Qatarın axtarışlarında 70 nəfər iştirak edir.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

6 − one =