Hindistanda 80 yaşlı kişi ata, 65 yaşlı qadın isə ana olub

0
731

Hindistanda tibb dünyası üçün maraqlı hadisə baş verib.

Arazinfo.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə, görə 65 yaşlı qadın dünyaya yeni uşaq gətirib. Uşaq və ana özlərini yaxşı hiss edirlər. Maraq doğuran məsələlərdən biri də qadının ərinin 80 yaşının olmasıdır. Qadın uşaq dünyaya gətirərkən hər hansı süni mayalanmadan istifadə etməyib. Özü də bu onun həyatında ikinci belə hadisədir. Belə ki, hindistanlı qadın 8 il əvvəl ilk dəfə qız uşağı dünyaya gətirib. Bu vaxta kimi əksər qadınlar 65  və ondan yuxarı yaşlarda yalnız süni mayalanma yolu ilə ana ola biliblər.