Hindistan ABŞ-ın sanksiyalarına məhəl qoymadan S-400-lər alacaq

0
459

Hindistan heç kimdən asılı olmayan müstəqil siyasət yeridir və Rusiyadan S-400-lər alınmasına görə heç bir ölkənin təzyiqinə boyun əyməyəcək.

Mediainfo.az-ın The-Tribune qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Hindistan Müdafiə nazirliyi Quru qoşunları qərargahının komandanı Bipin Ravat deyib: “Siz arxayın ola bilərsiniz, biz fərqli ölkələrdən, o cümlədən ABŞ-dan müxtəlif texnologiyalar alınması məsələsində müstəqil siyasət yeridirik. Rusiyadan S-400-lər alınmasına görə  tətbiq edilə biləcək sankasiyalar da zərrəcə qədər bizi narahat etmir”.

Bipin Ravat Hindistanın Rusiyadan həmçinin “Kamov” markalı hərbi vertolyotlar və digər müdafiə sistemləri almağa hazır olduğunu vurğulayıb.

Bipin Ravatın belə bir açıqlama ilə çıxış etməsinə səbəb isə ABŞ-ın Rusiyadan hərbi silahlar alacaq ölkələrə qarşı sanksiyalar tətbiq edəcəyi barədə Hindistanı xəbərdar etməsi olub.

Əziz Mustafa

 

 

 

BIR CAVAB BURAXIN