“Heç vaxt müğənni kişi ilə ailə qurmarıq” – Sevinc-Sevil

0
407

Müğənni Sevinc-Sevil bacıları şəxsi həyatları ilə bağlı maraqlı açıqlama veriblər. Əkiz bacılar bildiriblər ki, heç bir zaman müğənni ilə ailə qurmazlar: “Heç bir zaman kişi müğənniyə ərə getmərik. Kişi müğənnilər niyə qadın həmkarları ilə ailə qurmaq istəmirlər? Biz də onlara cavab olaraq demək istəyirik ki, müğənni kişi ilə heç vaxt ailə qurmarıq”.

 

Sevinc-Sevil daha sonra bildirib ki, bəzi şou əhlindən fərqli olaraq ataları dünyasını dəyişəndən dərhal sonra efirə çıxmayıblar: “Atamız dünyasını dəyişəndən sonra efirə çıxmadıq. Düz 45 gün nə efirə çıxdıq, nə də el şənliklərinə getdik. Hətta beh aldığımız toyların behi də bizdə qaldı. Çünki bizim millətimiz itkiyə çox həssas yanaşır. Bizi başa düşdükləri üçün çox təşəkkür edirəm. Valideyn itkisi çox ağırdır, bunu hərə bir cür yaşayır”.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five × four =