Hava şəraiti kəskin dəyişəcək, sulu qar yağacaq

0
520

Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi haqda xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 24-dən 25-i gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək, gündüz saatlarında 20-22° isti təşkil edəcək.
Sentyabrın 23-ü gündüzdən 25-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı ehtimal olunur.

Sabah, sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Mülayim şimal küləyi gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 18-21° isti, gündüz 23-27° isti, Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

BIR CAVAB BURAXIN