Həyat yoldaşı evi tərk edən 30 yaşlı Mingəçevir sakini intihara cəhd edib

0
476
 

Mingəçevirdə 30 yaşlı kişi ihtihara cəhd edib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında, şəhərin Günəşli küçəsi, 59 ünvanında baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Əfqan Araz oğlu Bayramov sirkə turşusu içərək intihara cəhd edib. Ə.Bayramov xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Əldə etdiyimiz məlumata görə, Ə.Bayramovun bu addımı atmasına səbəb həyat yoldaşının onunla mübahisə etdikdən sonra uşağı ilə birlikdə evi tərk etməsi olub.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN