Həsən Əbdüləhədov Rusiyada 3 hərbçini güllələyərək öldürdü

0
514

Rusiyanın Amur vilayətində əsgər öz yoldaşlarını avtomatla güllələyib. “Russia Today” xəbər verir ki, hadisə nəticəsində bir zabit və iki əsgər həlak olub. Daha iki əsgərin yaralandığı bildirilib.

Məlum olub ki, hərbçi yoldaşlarını qətlə yetirən Dağıstan Respublikasının sakini, 1994-cü il təvəllüdlü Həsən Əbdüləhədovdur.

Onun 2017-ci ilin sentyabrından hərbi xidmətdə olduğu bildirilir. H. Əbdüləhədov hərbi hissədə keçirilən təlim zamanı odlu silahdan atəş açaraq 1 zabit və 2 əsgəri güllələyərək öldürüb, daha 2 hərbçini yaralayaraq hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

BIR CAVAB BURAXIN