Hərbi hissədə partlayış: boşaldılan kəndlərdə ölən və yaralanan yoxdur

0
606

Səhiyyə Nazirliyindən virtualaz.org-a verilən məlumata görə Giləzidəki hərbi hissənin anbarında baş vermiş yanğın və partlayışla bağlı yaxınlıqda yerləşən 6 kəndin əhalisi FHN tərəfindən evakuasiya olunsa da bu kəndlərdə detonasiya edən mərmilər nətcəsində yaralananlar qeydə alınmayıb.

Hərbi hissənin ərazisində xəsarət alanların olub-olmadığı haqda məlumat isə hələlik yoxdur. Təcili yardım briqadalarının hadisə yerində işləməsi hələlik mümkün olmur.

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.

Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir.

BIR CAVAB BURAXIN