Həmsədrlər XİN rəhbərləri ilə görüşün yekunlarına dair bəyanat yaydılar

0
224
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşlərinin yekunlarına dair bəyanat yayıblar.
Bəyanatda deyilir: “ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyu (Fransa) və ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Dağlıq Qarabağ münqaişəsinin həlinə dair danışıqlar aparmaq üçün Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə ayrı-ayrılıqda görüş keçirib.
Görüş zamanı biz Vyana və Sankt-Peterburq Sammitlərində qəbul olunmuş qərarların icrasına xüsusi önəm verdik.  Xüsusilə də münaqişənin həllinə yönələn danışıqlar üçün münbit atmosfer yaratmaq üçün gələcək addımları müzakirə etdik.
Biz yaxın gələcəkdə regiona səfər etməyi planlaşdırırıq”, – deyə bəyanatda bildirilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

eleven − two =