Gürcüstanın əsas müxalifət televiziyası bağlana bilər

0
608

Gürcüstan, Rustavi 2 televiziyası

Gürcüstan, Rustavi 2 televiziyası

Hakim partiya çıxış yolları axtarır

“Rustavi 2” bağlanmaq təhlükəsi ilə üzləşib. Teleşirkətin rəhbəri Nika Gvaramiya keçirdiyi xüsusi brifinqdə Gürcüstan hakimiyyətinikreditorlar və dövlət qarşısında maliyyə borcunu yerinə yetirmək üçün əsas müxalifət mediasının əmlakına qoyulan həbs hökmünü dəyişməyə çağırıb. Gvaramiya deyib ki, əks halda bu, “Rustavi 2” nin sonu olacaq.

Gürcüstanın media bazarında 3 iri teleşirkətin bir holdinqdə birləşdirilməsi ilə bağlı səs-küyün ardınca indi də ən reytinqli telekanalın direktoru Niki Gvaramiya ciddi maliyyə problemlərindən söz açır.

Onun dediyinə görə, teleşirkət artıq büdcə qarşısında maliyyə borcunu yerinə yetirə bilmir. Səbəb – müxalif KİV orqanının indiki və keçmiş sahibkarları arasında mülki dava ucbatından gedən məhkəmə nəticəsində teleşirkətin əmlakına qoyulan həbsdir.

Nika Gvaramia, 22 oktyabr 2015

Nika Gvaramia, 22 oktyabr 2015

Nika Gvaramiya deyib ki, “Rustavi 2” və “TV Sakartvelo”nun əmlakı ilyarımdır ki, həbs altındadır:

“Bu üzdən, banklara müraciət edə bilmirik. Bu müddət ərzində əmək haqlarının verilməsini gecikdirmədik. Təəssüf ki, vergi öhdəliklərinin yerinə yetirilməsində çətinə düşmüşük. Artıq bir aydır ki, dövlətə pul ödəyə bilmirik. Biz, hələ ki, daxili öhdəliklərimizi yerinə yetirə bilirik, ancaq xarici öhdəliklərlə bağlı problemlərimiz var. Buna görə də mən ölkə hakimiyyətinə və məhkəməyə müraciət edirəm – “Rustavi 2”ni rahat buraxın, obyektiv qərar qəbul edin və bunadək də maliyyə fəaliyyətimizi əngəlləyən həbs qərarını dəyişin”.

Teleşirkətin direktoru vurğulayıb ki, əks halda “Rustavi 2” yayımını dayandırmaq məcburiyyətində qalacaq.

“Hakimiyyət “Rustavi 2”-ni məhv etmək istəyir”

Bu bəyanata müxalifət dərhal reaksiya verərək bəyan edib ki, hakimiyyətin əsas müxalif mediasını yox etmək niyyəti var. “Rustavi 2” ilə bağlantısı olan “Vahid Milli Hərəkat” Partiyası-nın fikrincə, hökumət bütün vasitələrlə öz nəzarəti altında olmayan teleşirkəti neytrallaşdırmaq üçün planlı davranır.

B

Leyboristlər Partiyası liderlərindən biri – Georgi Gugava “Rustavi 2”nin maliyyə problemləri ilə üç iri teleşirkətin bir holdinqdə birləşdirilməsi arasında bağlantı görür. Holdinqə “İmedi”, “Maestro”, “GDS” televiziya şirkətləri daxildir. O deyir ki:

Bidzina Ivanishvili , 21 aprel 2012

Bidzina Ivanishvili , 21 aprel 2012

“İki oliqarxın (Badri Patarkachishvili və Bidzina Ivanishvili) ailəsi birləşiblər ki, heç bir maliyyə problemi olmayan nəhəng televiziya holdinqi yaratsınlar. Növbəti aylarda onlar maliyyə hücumuna cəhd göstərəcək, bununla da nəzarətləri altında olmayan ən reytinqli telekanalı çıxılmaz vəziyyətə salacaqlar”.

“Bu, “Gürcü arzusu”nun özünə ziyandır”

Hakim partiya cavabı gecikdirməyib. “Gürcü arzusu”nun liderləri vəziyyəti aydınlaşdırmağa çağırıblar. Parlamentin vitse-prezidenti Tamar Cukoshvili bildirib ki, məhkəmə tezliklə yekunlaşmalıdır, çünki bu durum, ilk növbədə, “Gürcü arzusu”nun özünə zərər verir.

Partiyanın digər təmsilçisi Giya Volski aidiyyətli orqanlara müraciət ünvanlayıb ki, “Rustavi 2”yə öz fəaliyyətini davam etdirmək üçün bütün imkanlar yaradılsın:

““Rustavi 2” işləməlidir, məhkəmə isə söz azadlığı prinsiplərinə uyğun ədalətli qərar çıxarmalıdır. Bunadək “Rustavi 2”-nin və ya başqa media qurumunun işinə maneə yaradılmamalıdır. “Rustavi 2”nin fəaliyyətini tam təmin etmək üçün mümkün qanuni yoldan istifadə olunmalıdır”.

Vergi orqanları “Rustavi 2”nin maliyyə problemləri barədə açıqlama verməyib.

Media plüralizminin acı zarafatı?

“Medianın inkişaf fondu” təşkilatının təmsilçisi Tamar Kinchurashvili deyir ki, “Rustavi 2”nin yayımı dayandırılsa və eyni zamanda üç iri teleşirkət bir əldə cəmləşsə, bu, təkcə mediaplüralizmə deyil, demokratiyaya da zərbə olacaq.

Vladimer Bedukadze, 21 yanvar 2013

Vladimer Bedukadze, 21 yanvar 2013

Amma mediaplüralizm acı zarafat edir. Media bazarındakı iri oyunçularının birləşdiyi və sağ qalmaq uğrunda çarpışdığı bir vaxtda səhnəyə yeni bir telekanal çıxır. “Tbilisi 24” adlanan bu telekanalın rəhbəri 2012-ci il seçkilərində “Vahid Milli Hərəkat” Partiyasının yenilməsində rol oynamış Vladimir Bedukadzedir.

Hələ ki, telekanalın maliyyə mənbələri bəlli deyil. Amma əgər izlər Moskvaya gedib çıxarsa, o zaman uyğun ölçülər götürülməlidir, çünki qanun belə maliyyələşməni qadağan edir. Rusiyayönlü TV-nin açılması isə – bu, gürcü hakimiyyəti üçün ciddi siqnaldır. Cəmiyyət isə belə mediaplüarizmi anlamaya bilər.

BIR CAVAB BURAXIN