Gürcüstanda NATO qoşunları yerləşdiriləcək

0
550

Gürcüstanda NATO-nun daimi qoşun hissəsi yerləşdiriləcək.

 

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Tina Xideişvili deyib.

Onun sözlərinə görə həmin dəstə mayın 13-dən başlayan “Noble Partner – 2016” hərbi təlimlərindən sonra təqdim olunacaq.

“Məhz bu təlimlərin bitməsindən sonra Gürcüstanda NATO çevik operativ reaksiya qüvvələrinin sertifikatlamış dəstəsi yerləşdiriləcək. Bu NATO nişanları daşıyacaq ilk rəsmi dəstə olacaq”.

“Noble Partnet-2016” təlimləri mayın 26-na qədər davam edəcək və təlimlərdə 1300 hərbçi, o cümlədən 600 amerikalı, 500 gürcü və 150 britaniyalı hərbçi iştirak edəcək.

BIR CAVAB BURAXIN