Gürcüstanda ABŞ-ın hərbi bazası yerləşdirilə bilər

0
531

Gürcüstan parlamentinin spikeri, “Respublika partiyası”nın üzvü David Usupaşvili Gürcüstanda Amerika hərbi bazasının yerləşdirilməsinin tərəfdarıdır.

Oxu.az xəbər verir ki, o, bunun ölkə üçün vacib olduğunu hesab edir.

“Gürcüstan NATO-dakı üzvlüyü real olana qədər ABŞ-ın və ya NATO-nun digər üzvlərinin hərbi bazasının ölkədə yerləşdirilməsinin qayğısına qalmalıdır. Bu, ölkəmizin təhlükəsizliyi və müdafiəsi üçün çox vacibdir”, – deyə David Usupaşvili “Rustavi 2” telekanalında yayınlanan “Arçevani” verilişində bəyan edib.

BIR CAVAB BURAXIN