Gürcüstan vətəndaşlarına Fransadan böyük güzəşt

0
461

 

Fransa hökuməti tərəfindən Gürcüstan vətəndaşlarına bu ölkədə leqal şəkildə yaşamaq və işləmək hüququ verən qanun qəbul edilib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Gürcüstan Xarici işlər nazırı David Zalkaliani mətbuata açıqlamasında bildirib. Nazirin sözlərinə görə, qanuna əsasən Fransada ali məktəb bitirən gürcülər, mühəndis-texniklər, eyni zamanda bu ölkədə çalışmaq istəyən gürcülər işlə təmin ediləcək və onlara müvəqqəti yaşamaq hüququ veriləcək: “Gürcüstanla Fransa arasında paralmentimiz tərəfindən ratifikasiya edilən müvafiq anlaşma var. Bu anlaşma Fransa parlamenti tərəfindən də ratifikasiya edilib. Anlaşma Gürcüstan vətəndaşlarına Fransada leqal şəkildə işə düzəlmək imkanı verir”.

Zalkilianı analoji anlaşmanın yaxın yaxın vaxtlarda Polşa və İsraillə də imzalanacağını deyib.