“Gürcüstan tezliklə NATO üzvü olmayacaq”

0
469

“Almaniya Gürcüstanın NATO-ya inteqrasiyası prosesini dəstəkləyir. Amma açıq danışmaq istəyirəm. Bu mərhələdə Gürcüstanın Alyansa qısa zamanda daxil olacağından danışmaq olmaz”.

“Report” TASS-a istinadən xəbər verir ki, bu fikirləri Almaniya kansleri Angela Merkel Tbilisidə tələbələrlə görüşdə deyib.

O eyni zamanda Gürcüstanı NATO ilə yaxınlaşma kursunu sürdürməyə və bu istiqamətdə addım-addım irəliləməkdə davam etməyə çağırıb.

BIR CAVAB BURAXIN