Gürcüstan Maduronu deyil, Quadionu dəstəkləyib

0
185

Gürcüstan özünü Venesuelanın müvəqqəti prezidenti elan edən parlamentin spikeri Xuan Quadionu rəsmi şəkildə tanıdığını bildirib.

Arazinfo.com-un Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Tvitter səhifəsində  Gürcüstan Xarici İşlər naziri David Zalkaliani yazıb. O Maduronun qeyri-qanuni yollarla prezident seçildiyini və xalqın ona etimad göstərmədiyini vurğulayıb: “Venesuelada prezident seçkilərinin nəticələrinin beynəlxalq aləm tərəfindən tanınmamasını nəzərə alaraq Gürcüstan özünü müvəqqəti prezident elan edən parlamentin spikeri Xuan Quadionu ölkə rəhbəri kimi tanıyır. Gücüstan bununla əlaqədar öz müttəfiqlərinin müvafiq  bəyanatlarını dəstəkləyir və Venesuelada baş verənlərə münasibətdə onlarla həmrəy olduğunu bir daha bəyan edir”.