Güneydəki 3 minillik kitabələr məhv olur

0
212


 

Güney Azərbaycanın Sərab şəhərində yerləşən iki tarixi daş kitabə baxımsızlıq ucbatından məhv olmaq təhlükəsi ilə üzləşib.

Kult.az xəbər verir ki, Urartu mədəniyyətinə aid 3 min illik kitabənin qorunması üçün məsuliyyət daşıyan İran Mədəni İrs Təşkilatı bu tarixi abidənin qorunması üçün heç bir iş görmür. Təşkilat indiyə qədər yalnız kitabələrin maketini yaratmaq və onları tərcümə etməklə kifayətlənib.

Qeyd edək ki, söhbət Sərabın 12 kilometr cənub-qərbindəki Zağan dağında yerləşən Razlıq və bu şəhərin yaxınlığında Qaradağ dərəsindəki Qırxqızlar kitabələrindən gedir. Urartu mədəniyyətinə aid olan hər iki kitabə mixi yazısı ilə yazılmış 16 və 12 sətirlik mətndən ibarətdir.

Məlumata görə, İran Mədəni İrs Təşkilatı tərəfindən tərcümə olunmuş mətnlər hazırda Niyavəran sarayında saxlanılır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 × five =