GUAM-ın üç üzvü Azərbaycansız Parlament Assambleyası qurur

0
126

Gürcüstan, Ukrayna və Moldova birgə parlament Assambleyasının yaradılması barədə razılığa gəliblər. Mediainfo.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, birgə assambleyanın ilk sessiyası oktyabr ayının əvvəllərində Tbilisidə keçiriləcək. Məsələ ilə əlaqədar mətbuata açıqlama verən Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze deyib ki, məqsədimiz 3 ölkə arasında, iqtisadi, siyasi, hərbi və parlamentlərarası əlaqələri daha da dərinləşdirməkdir: “Hər üç ölkənin əsas məqsədi  Avropa İttifaqı ilə inteqrasiyanı daha da dərinləşdirməkdir. Biz buna birgə nail olacağıq”. Onun sözlərinə görə ilk sessiyada hər ölkə 10 deputatla təmsil olunacaq.

 

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five − two =