Göygöldə toy karvanında qəza

0
562

Göygöl rayonunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Hadisə rayonunun Yeni Qızılca kəndində qeydə alınıb.

Toy karvanında hərəkət edən “Niva” markalı avtomobil “VAZ 2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Artıq qəza nəticəsində ölən və yaralananların adları məlum olub.

Məlumata görə, qəza zamanı “VAZ 2107” markalı avtomobildə olan 1953-cü il təvəllüdlü Məzahir Abdullayev həyatını itirib.

Avtomobildə olan 2004-cü il təvəllüdlü Bayramov Cavid, 1974-cü il təvəllüdlü Həsənova Afət, 2009-cu il təvəllüdlü Həsənov Xalid, 1954-cü il təvəllüdlü Abdullayeva Adilə müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

“Niva” markalı avtomobildə olan 1975-üc il təvəllüdlü Bağırov Altay, 1954-cü l təvəllüdlü Bağırov Ramil və 1983-cü il təvəllüdlü Bağırov Amil də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

BIR CAVAB BURAXIN