General qızı məşhur şairin sonuna NECƏ ÇIXDI? – Eşq oyunları və…

0
804

 

General qızı məşhur şairin sonuna NECƏ ÇIXDI? - Eşq oyunları və... - FOTO

234 il bundan əvvəl, 1783-cü ilin 19 sentyabrında Yelizaveta Mixailovna Xitrovo dünyaya gəlib.

O, Napoleonu ölkədən qovan, general-feldmarşal, “Vətənin xilaskarı” fəxri adını almış, knyaz Kutuzovun qızı, eyni zamanda, Peterburqda məşhur ədəbi bədii məclisin sahibi idi.

Publika.az 2 dəfə dul qalan, bundan sonra 44 yaşında 28 yaşlı Aleksandr Puşkinə dəlicəsinə aşiq olan və bu bağlılığın amansız nəticələri haqda yazını dəyərli oxucularına təqdim edir:

Yelizaveta feldmarşal Kutuzovun beş qızından üçüncüsü idi. 19 yaşında o, Tizenqauzen qrafı I Aleksandra ərə gedir və ondan 2 qız dünyaya gətirir – Yekaterina və Darya.

Amma bu nikah uzun müddət davam etmir – toydan 3 il sonra Tizenqauzen qrafinyası, əri Austerlis döyüşündə həlak olandan sonra dul qalır. 1811-ci ildə Yelizaveta yenidən ailə qurur. Əri general Xitrovo ilə xaricə getməli olur, çünki o, Rusiyanın Florensiya üzrə işlər vəkili idi. Bu nikah da davamlı olmur – 8 il sonra Yelizaveta yenidən dul qalır.

Bundan sonra bir neçə il də xaricdə qalan Yelizaveta Xitrovo 1821-ci ildə qızı Daryanı avstriyalı diplomat qraf Fikelmona ərə verdi. Fikelmon Peterburqa səfir təyin ediləndən sonra isə, onlar Rusiyaya qayıtdılar. Çox keçməmiş, Yelizaveta Xitrovo və Darya Fikelmon bütün elitanın toplandığı Peterburqun ən məşhur ədəbi məclislərinin sahibi oldular.

Qraf Solloqub xatirələrində yazırdı: “Yelizaveta heç vaxt gözəl olmayıb, xüsusi ağılla da fərqlənməyib, amma son dərəcə mehribanlığı, dünyəviliyi, yalnız əsl elit xanımlarda rast gəlinən keyfiyyətləri var idi…”.

Elə birinci məclisə yaşı az olmayan dul qadın ədəb normalarını keçən dərin sinə dekolteli paltarda gəlir. O, bu cür geyimlərə gələcəkdə də çox üstünlük verdiyi üçün Peterburqda “çılpaq Liza” ləqəbi qazanmışdı.

Elit yazıçılar yarızarafat, yarıgerçək onu ələ salırdılar. V.Perovskiy, ona baxaraq, bir dəfə demişdi: Düz edir, keçmişin örtüyünü üstündən atsa yaxşıdır…”Knyaz Vyazemski istehza edirdi: “Onun taleyi kədərlidir, şalı çiyinlərindən xeyli aşağı salaraq bildirir ki, hələ gəncdir və bundan sonra 2-3 dəfə də dul qala bilər”.

Xanım Xitrovonun ədəbi salonlarında Aleksandr Puşkin də yer alırdı. Onlar 1827-ci ildə – xanımın 44, şairin 28 yaşı olanda tanış olurlar. Dul qadın dəlicəsinə aşiq olaraq, başını o qədər itirir ki, tezliklə həddindən artıq zəhlə tökən olur. Puşkin onu gah Tassonun “Azad edilmiş Yerusəlim” əsərindəki qəhrəman Erminiyaya bənzədir, hansı ki, cəngavər Tankredanı cavabsız sevirdi, gah da müqəddəs kitablardakı saray xanımı Zuleyxanın gənc Yusifə olan ehtirası ilə müqayisə edirdi.

Yelizaveta Xitrovo öz yüksək məqamından istifadə edərək Puşkinin bütün işlərində, xidməti məsələlərində, məişətdə, ümumiyyətlə, hər sahədə ona fəal kömək etməyə başlayır. Yelizaveta hətta şairin evlənməsi haqqında xəbərlə də barışır və onun xanımı Natalya Qonçarova ilə də dostlaşır. Bu barədə Puşkin məktublarında ona sataşırdı: “Mənim evlənməyimi necə həzm etdin? Ümid edirəm, ləyaqətli sərkərdə Kutuzovun qızı kimi?”.

Onun həddən artıq qayğısı və himayədarlığı dəhşət sonluğa gətirib çıxardı: Puşkinin dəyyus adlandırıldığı, arvadının ona xəyanət etdiyini bildirən və s. təhqirdolu həcvi sevdiyi şairə məhz Yelizaveta çatdırır.

Həcv – satiranın şəxsi məzmun daşıyan və ancaq şeirlə yazılan bir növüdür. Həcvdə müəllif öz şəxsi düşmənini ifşa edir və adətən söyüşlərdən də istifadə edir.

Dantesin yazdığı təhqirdolu həcv duelə və nəticədə şairin həlak olmasına gətirib çıxarır. Şairə ünvanlanmış paketi dul qadın tələsik ona göndərir. Məktub 7 ünvan üzrə göndərilmişdi və Puşkin istənilən halda onun məzmunundan xəbər tutacaqdı, amma Yelizaveta Xitrovo onun həlak olmasında məhz özünü günahkar bilir və özünə bu tələsik hərəkəti bağışlaya bilmirdi.

Puşkinin həyatının son dəqiqələrini o, dizi üstə, onun yorğan-döşəyinin yanında hönkürtü ilə ağlayaraq keçirir. Şairin ölümündən 2 il sonra isə Yelizaveta Xitrovo özü də dünyasını dəyişir.

Zaur H.

BIR CAVAB BURAXIN