Gənc oğlan iş adı ilə evdən çıxdı GERİ QAYITMADI

0
622

Nizami rayonu Keşlə qəsəbəsində yaşayan 27 yaşlı Quliyev Seymur Tahir oğlu evdən iş adı ilə çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə redaksiyamıza məlumat verən yaxınları qeyd ediblər ki, 10.05.1991 təvəllüdlü Quliyev Seymur Tahir oğlu Suraxanı rayon telefon qovşağında çalışıb, səhər tezdən iş adı ilə evdən çıxsa da geri qayıtmayıb.

Aldığımız məlumata görə evdən çıxarkən əynində cins şalvar mavi rəngli köynək olub.

Yaxınları bununla bağlı 31-ci polis bölməsinə məlumat versələr də hələ də 27 yaşlı gənc tapılmayıb.

Həmin şəxsi görənlərdən xahiş olunur ki, itkin düşmüş gəncin atası Tahir Quliyevlə 051 513 70 22 əlaqə saxlasınlar.(big.az)

Gənc oğlan iş adı ilə evdən çıxdı GERİ QAYITMADI - FOTO

BIR CAVAB BURAXIN