“Gəlinim tənbəl olsa, dünyanı dağıdaram” – Elnarə

0
594

“Evimə gələn gəlin tənbəl olsa, dünyanı dağıdaram”. Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Elnarə Abdullayeva “5 gəlin” verilişində deyib. 

Muğam ifaçısı arzuladığı gəlindən danışıb: “Evimə gələcək gəlin təmizkar, imanlı, qeyrətli, vicdanlı olmalıdır. Evdə işləri əvvəl özüm görürdüm. İndi ora-bura qaçıram, edə bilmirəm. Gəlin də işləyən olanda, ora-bura qaçacaq. Evdəki kişilərə kim baxacaq? Ona görə də gəlinim işləməməlidir”.

E.Abdullayeva qayınanasından bəhs edib: “Qayınanama ana deyirəm. Ailə quranda mənə lazım bütün paltarları, qızılları gətirmişdi. Mən də cehiz kimi hər şeyin ən yaxşısını aparmışdım. Amma o cehizin heç birini istifadə etmədim, qismət olmadı. Onların üzünü də görmədim. Subay olanda cehiz almaq həvəsim yox idi. Hər dəfə toydan qayıdanda mənə məcbur bir şey aldırırdılar. Bunun heç bir önəmi yoxdur, əsas insanın canı sağ olsun”.

Müğənni həyat yoldaşından söz açıb: “Mənim üçün kişinin az, qadının çox qazanması və ya əksinə olması önəmli deyil. Bizim evdə heç vaxt “kişi çox qazandı, arvad az” söhbətləri keçməyib. Mənim üçün əsas məsuliyyətdir. Yoldaşım da istədiyim kimi insandır. Ondan məsuliyyət görmüşəm. O mənim özüm kimidir”.

BIR CAVAB BURAXIN