Gələn dərs ilinin tətil günləri bilindi

0
550

Azərbaycanda 2016-2017-ci dərs ili üçün orta məktəb şagirdlərinin tətil günləri açıqlanıb. Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid tədris planları təsdiq edilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, növbəti dərs ilində də ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr- 26 yanvar, ikinci yarımil isə 1 fevral- 14 iyun tarixlərini əhatə edəcək.

Növbəti tədris ilindəki tətillərin vaxtı da müəyyən edilib:

5 gün payız tətili (16-20 noyabr)

5 gün qış tətili (27-31 yanvar)

İbtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may)

BIR CAVAB BURAXIN