Futbolçunun Ümrəyə getməsi Almaniyanı qarışdırdı

0
716

“Arsenal FK”nın türk futbolçusu Mesut Özilin Məkkəyə Ümrə ziyarətinə getməsi Almaniyanın irqçi millət vəkillərinin sərt reaksiyasına səbəb olub. “Zaman.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyanın irqçi “Almaniya üçün Alternativ” (AfD) partiyasının millət vəkili Andrea Kersten Saksoniya Əyalət Məclisində keçən həftə Məkkəyə gedən Almaniya milli futbol komandasının oyunçusu Mesut Özili tənqid edib. Kersten futbolçunun vətən sevgisinə zidd hərəkət etiyini bildirib. Millət vəkili Özilin bu davranışının qadın kişi bərabərliliyinin olmadığı, cinsi azlıqların ölümlə təhdid edildiyi, namus cinayətlərinin çox olduğu bir ideologiyanı dəstəklədiyi mənasına gəldiyini söyləyib.

BIR CAVAB BURAXIN