Fransada sağ-mərkəzçilər prezidentliyə namizədlərini müəyyənləşdirdi

0
564
 11

Fransanın sağ-mərkəzçi müxalifəti 2017-ci il prezident seçkilərində iştirak edəcək vahid namizədi müəyyənləşdirib.

APA-nın verdiyi xəbərə görə, ilkin seçkilərin ikinci turu ilə əlaqədar noyabrın 27-də 10 mindən çox seçki məntəqəsi açılıb.

Seçkilərin birinci turunun nəticələrinə görə, Bordo şəhərinin meri Alen Jüpe və sabiq baş nazir Fransua Fiyon ikinci tura adlamışdılar. Seçkilərin ikinci turunun ilkin nəticələrinə əsasən, F. Fiyon 68,4%, A.Jüpe isə 31,6% səs toplayıb.

İlkin seçkilərin birinci turunda məğlub olan sabiq prezident Nikolya Sarkozi Fransua Fiyonu qələbə münasibəti ilə təbrik edib.

Qeyd edək ki, Respublikaçılar Partiyasının rəhbərlik etdiyi sağ-mərkəzçilərin ilkin seçkilər nəticəsində müəyyənləşdirdiyi namizədi 2017-ci ildə keçiriləcək prezident seçkilərində sağ-mərkəzçilərin vahid namizədi olacaq.

BIR CAVAB BURAXIN