Fransada miqrantlar teatra hücum ediblər

0
460
OLYMPUS DIGITAL CAMERA

Fransada sarı jiletlilərin ardınca miqrantlar da hərəkətə keçiblər.

Mediainfo.az-ın verdiyi xəbərə görə, ötən gün gecə 300 nəfərdən artıq miqrant Parisdəki məşhur “Comedie Francaise” teatrını ələ keçirməyə cəhd ediblər. Onlar teatr rəhbərliyindən bunu Fransanın daxili işlər nazir Kristofer Kastaner ilə görüşmə  niyyəti ilə etmək istədiklərini bildiriblər. Teatrın mühafizəçiləri onların bu cəhdinin qarşısını alıb. Onların teatra daxil olmaq üçün etdikləri növbəti cəhdin qarşısı isə əraziyə çağırılan polislər tərəfindən alınıb. Polis əməkdaşları aksiyanı dağıtmaq üçün  gözyaşardıcı qazdan istifadə ediblər.