“Flora Kərimova bizim soyadımıza sataşmamalıydı” – Mehriban Xanlarova

0
165

"Flora Kərimova bizim soyadımıza sataşmamalıydı" - Mehriban Xanlarova

  

 

 

 

 

 

 

 

 

 

Əməkdar artist Mehriban Xanlarova xalq artisti Flora Kərimova ilə aralarında olan qalmaqaldan danışıb.

Axşam.az-ın məlumatına görə, “Show time” verilişində qonaq olan aktrisa bildirib ki, F.Kərimova onların soyadına söz atmaqla səhv edib:

“Artıq o şəxsin adını ağzıma belə almaq istəmirəm. O insan mənim üçün bitdi. Məni heç kim susdurmayıb, susdura da bilməz. Amma artıq mən söz vermişəm, bu insan barədə heçnə danışmayacam. Bircə onu deyəcəm ki, Flora Kərimova bizə hörmət etməli idi, bizim soyadımıza sataşmamalıydı”.

Xatırladaq ki, F.Kəromova xalq artisti Zeynəb Xanlarovanın ünvanına tənqidlər səsləndirib. M.Xanlarova isə ifaçının bu addımına sərt cavab verib. Onlar arasındakı küsülülüyə səbəb də bu olub.

Qeyd edək ki, aparıcılığını Yalçın Uğurun etdiyi “Show time” həftənin çərşənbə axşamı “APA TV”də yayımlanır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one − one =