Fazil Məmmədovun, qudalarının, qohumlarının milyardlıq mülkləri, obyektləri üzə çıxdı

0
612

Azərbaycanın "ən varlı adamı" Fazil Məmmədovun, qudalarının, qohumlarının milyardlıq mülkləri, obyektləri üzə çıxdı - SİYAHI
Bu yaxınlarda prezidentin sərəncamı ilə vəzifəsindən kənarlaşdırılan sabiq Vergilər naziri Fazil Məmmədovla bağlı A24.az yeni məlumatlar əldə edib.Belə ki, bu ilin may ayında Fazil Məmmədov Nəsimi bazarının yaxınlığında yerləşən Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini Nərimanov metrosu yanındakı daha azhəcmli və köhnətəmirli binaya köçürdərək, həmin Departamentin əvvəlki binasını faktiki özünə məxsus olan və bacısı qızı Səadət Quliyevanın rektoru olduğu Azərbaycan Universitetinə verib.

Nəticədə 20 nəfərdən çox idarə rəisi və şöbə rəisi müavinləri məcburi işə çıxa bilməmiş, onlara vergi orqanlarında xidmətlərinə xitam verilməsi barədə ərizə yazdırılmış, yazmayanlar isə mənfi motivlə, necə deyərlər maddə ilə qovulublar.

Fazil Məmədovun müşaviri və qudası, maaş paketi paylayanlardan biri Firuz Həsənov 2 milyon manat dəyərində bağ evi tikdirib.

F.Məmmədovun digər keçmiş tələbə yoldaşı, uzun illər ayda 80 min manat paket almış, Bakı şəhəri Lokal Gəlirlər Departamenti baş direktorunun müavini Raqif Qurbanovun xarab olan xidməti avtomobili artıq yenisi ilə əvəz olunmadı.

Bundan əlavə, məlum olmuşdur ki, Gəncədəki “Beynəlxalq Hospital” da Fazil Məmmədova məxsusdur.

Həmin tibb müəssisəsi F.Məmmədovun sayəsində Biləsuvar gömrüyünün rəisi işləmiş və 50 milyon dollar nağd pul toplamış Rafael Qurbanovun kürəkəni İlyas Həsənov tərəfindən idarə olunur. Bundan başqa, Rafael Qurbanov və qudası Şahsuvar Həsənov Bakıdakı “Medera” və “Avrasiya” klinikalarının faktiki sahibidirlər.

BIR CAVAB BURAXIN