Fazil Məmmədov biznesinin başına keçdi – sahibkarları incidəni indi nə gözləyir?

0
186

Hələ nazir işlədiyi dövrdə yaradılan “Synergy Group” MMC istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, hotelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar edib; uzun illər sahibkarların qorxulu röyasına çevrilən sabiq nazir iş adamı və vergi ödəyicisi kimi özünü doğruldacaqmı?

Fevralın 8-də “ölüm” xəbəri yayılan sabiq vergilər naziri Fazil Məmmədovun səhhəti normaldır və hazırda Bakıda biznes işləri ilə məşğuldur. Yaxın çevrəsində olan mənbənin modern.az-a verdiyi məlumata görə, F.Məmmədova əvvəlki biznesi İlə məşğul olmaq icazəsi verilib. Bu səbəbdən də o, hazırda əsas diqqətini “Synergy Group” MMC şirkətlər qrupuna yönəldib.

 Məlum olduğu kimi, “Synergy Group” MMC şirkətlər qrupu hələ Fazil Məmmədov nazir olduğu dövrdə yaradılıb, rəsmi olmasa da, de-fakto ona məxsus olub.

 “Yeni Müsavat” bildirir ki, 2010-cu ildə təsis edilmiş, şüarı “Davamlı gələcəyə doğru” olan “Synergy Group” MMC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir. “Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişaf yönümlü şirkətlərdən ibarətdir.

“Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, hotelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə, regionların sosial-iqtisadi inkişafında mühüm paya malik olduğu bildirilir. Qrupa rəsmi olaraq, 30-a yaxın, qeyri-rəsmi isə 60-dan çox şirkət daxildir. Bu şirkətlərin bəzisində xarici kapital da iştirak edir. “Synergy Group”un  tərkibindəki “Excelsior Hotel Shamkir”, “AzAqro” qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, “Zəka” Gənclər Mərkəzi kimi bəzi şirkətlər Fazil Məmmədovun hələ də kurasiyasında olan Şəmkirdə yerləşir. 

“Synergy Group” MMC ile ilgili görsel sonucu

“Synergy Group”un yalnız bankı yox idi. 2015-ci ildə YAP-çı deputatlardan birinin qardaşına məxsus “Kövsər Bank”ı  “Synergy Group” alıb. “Kövsər Bank”ın 38 milyon manatlıq yeni səhm emisiyasını “Synergy Group”alıb. 

Devalvasiyadan sonra isə  “Synergy Group” MMC-yə daxil olan iki şirkətin ləğvi ilə gündəmə gəlmişdi. Bildirilirdi ki, neftin qiymətinin kəskin düşməsindən sonra yaranan böhran şirkətə də ciddi təsir edib.  Çünki neftin qiymətinin düşməsi ilə  oliqarxların tikinti-təmir üçün şirkətlərinə “xortumladığı”  pullar da kəsildi ki, onlar da nəzarətlərində olan şirkətlərin bir neçəsini ya ləğv etməyə, ya da ciddi ixtisarlar aparmağa məcbur oldular. 

İnternet üzərindən araşdırmalardan belə məlum olur ki, hüquqi sənədlərdə “Synergy Group”  sahibinin Əşrəf Kamilov olduğu bildirilir.

Ä°lgili resim

“Synergy Group” saytında hazırkı icraçı direktorun İlyas Həsənov olduğu göstərilir. O, 2018-ci ilin sentyabr ayında “Synergy Group” MMC-nin  icraçı direktoru  vəzifəsinə təyin edilib. İlyas Həsənov  əmək fəaliyyətinə 2009-cü ildə Mərkəzi Gömrük Hospitalında  başlayıb. O, 2013-2016-cı illərdə “Med Corporation”  və “Avrasiya Hospital”  MMC-nin Baş  direktoru  vəzifələrində çalışıb.  2016-cı ildən etibarən  “Synergy Medical ”MMC-nin Baş direktoru olub.

İlyas Həsənov 2004-cü ildə Azərbaycan Tibb Universitetində “Müalicə işi” ixtisası  üzrə, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Mərkəzi Rentgen- Radiologiya İnstitutunda “Radiologiya”,  Almaniyanın Hamburq şəhərində isə “İnvaziv neyro-radiologiya” üzrə təhsil alıb. Tibb üzrə fəlsəfə doktorudur.

“Synergy Group” MMC ile ilgili görsel sonucu

Yada salaq ki, F.Məmmədovun işdən çıxarılandan sonra uzun müddət ölkə xaricində müalicə alması müxtəlif iddialara səbəb olmuşdu. Məsələn, iddia olunurdu ki, sabiq nazirin səhhətində heç bir ciddi problem yoxdur. Durumunun ağır olması barədə məlumatlar isə özünün istəyi ilə yaxınları tərəfindən məqsədli şəkildə, qəsdən yayılır. F.Məmmədovun yaxın çevrəsi ilə ünsiyyətdə olan şəxslərdən birinin sözlərinə görə, F.Məmmədov vəzifədən çıxdıqdan sonra həm Bakıda rəsmi orqanlarda qarşılaşacağı bir çox sualları cavablandırmaqdan qaçmaq, həm də vergi adı ilə əvvəlcədən külli miqdarda pul ödətdirdiyi iş adamlarının tələblərindən yayınmaq üçün Bakıya qayıtmırdı. Onun ötən ilin sonunda Bakıya qayıtmasından sonra isə obyektlərində təftiş aparılması xəbərləri vardı. Yeri gəlmişkən, xəbərlərə görə, sabiq nazir səhhətini nəzarətdə saxlamaq üçün mütəmadi olaraq, özünə məxsus Gəncə Beynəlxalq Hospitalında olur. Lazımi müayinələrdən keçdikdən sonra yenidən Bakıya qayıdır.

F.Məmmədov işdən çıxarılandan sonra onun yerinə təyin edilən Mikayıl Cabbarov  bir neçə gün əvvəl ad çəkməsə də,  yenidən sabiq nazirin fəaliyyətini tənqid edib. Nazir deyib ki,  “kölgə iqtisadiyyatı” qanuni əsaslarla işləyən sahibkarların əl-qolunu bağlamışdı: “Elə bir vəziyyətlə üz-üzə idik ki, praktiki olaraq intizamla işləmək istəyən şirkətlər bazar paylarını itirməyə məhkum idilər. Uçot sisteminin iflic olması nəticə etibarilə vergi potensialının gizlədilməsinə, bazarın qeyri-sabitliyinə şərait yaradırdı. Uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verildi, geniş maarifləndirmə işləri aparıldı. Bəzi sektorlarda, xüsusilə aksizli malların istehsalı və satışı, tibbi xidmət sektoru, ticarət obyektləri şəbəkəsi kimi sahələrə nəzarət artırıldı. Uçot sisteminin bərpa edilməsi ilə bağlı tələblərimiz müəyyən müqavimətlə, bəzi hallarda narazılıqla qarşılandı. Kimsə bunu kampaniya xarakterli saydı, kimsə gözləməyə üstünlük verdi. Lakin düşünürəm ki, nəticə etibarilə qəbul edildi. Çünki hər kəs başa düşür ki, gec-tez qanunlar çərçivəsində işləməkdən daha faydalı yol yoxdur. Bulanıq suda balıq tutmaq zamanı bitib”.

Maraqlıdır, görəsən, uzun illər sahibkarların qorxulu röyasına çevrilən sabiq nazir indi iş adamı və vergi ödəyicisi kimi özünü doğruldacaqmı?O
“Yeni Müsavat