Faiq Ələkbərli Türkiyədə konfrans verdi

0
494
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, eyni zamanda Bütöv Azərbaycan Ocaqları Başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli 2018 -ci il dekabrın 20-də Türkiyənin Burdur şəhərində Mehmet Akif Ersoy adına Burdur universitetində Tarix, elm və ekonomi topluluğuun düzənlədiyi “Türk dünyasının yeni məsələləri və həll yolları” mövzusunda konfrans verib.
Arazinfo.com-un verdiyi xəbərə görə, konfransda Türk dünyasının əsas problemləri və əngəlləri, eyni zamanda yeni hədəflər barədə məsələlər səsləndirilib. Azərbaycan alimi bildirib ki, hazırda Türk dünyasının məsələləri milli kimlik, dini kimlik və insani kimliyin yenidən dəyərləndirilməsidir. Onun sözlərinə görə, Türk millətləri bu üç məsələdə yalnız keçmişə,  özə dönüş üzərində dayanmamalı, eyni zamanda bu ideyaları yeni bir formada irəliyə doğru aparmağa çalışmalıdır. F. Ələkbərli konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, artıq bu üç məsələni, xüsusilə də Türkçülüyü Qərb, Rusiya, Çin, İsrail, İran ideologiyasından kənarda, Türk nüvəsində dəyərləndirib irəli aparmağın zamanıdır. Azərbaycan alimi sualları cavablandırdıqdan sonra universitetin rektor köməkçisi doç., dr. Mustafa Kılınç tərəfindən plaketlə mükafatlandırılıb.
Eyni zamanda Azərbaycan alimini universitetin rektoru, prof. Adem Korkmaz da qəbul edərək kitab və M. A. Ersoyun portretini hədiyyə edib. F. Ələkbərli də öz növbəsində yeni nəşr olunan “Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixi  (19-20-ci əsrlər)” kitabını universitetə hədiyyə verib.