Fədayə Laçın “kürd referendumu”nu dəstəkləyir?

0
585

Müğənni Fədayə Laçın haqqında yayılan xəbərlərə münasibət bildirib.

Axar.az xəbər verir ki, müğənni Feysbuk səhifəsində onun Şimali İraq Kürd Muxtariyyətində keçirilən referenduma dəstək verməsi ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini qeyd edib.

“Bu gün ağır gündür. Hər kim ki, mənim xəbərim olmayan söhbətdə mənim adımı hallandırır, o insanları Allaha həvalə edirəm”, – müğənni yazıb.

Qeyd edək ki, bir çox xəbər saytlarında Bərzanini dəstəkləyən Vüqar Bəndalıoğlu adlı şəxslə Fədayə Laçının çox yaxın olduğu, onun da Şimali İraqda qanunsuz keçirilən referendumu dəstəkləməsi ilə bağlı xəbərlər yayılıb.

BIR CAVAB BURAXIN