Fətullah Güləni ifşa etmək üçün 10 milyon dollar…

0
593


ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru (1993-1995-ci illər) və Donald Trampın seçkiqabağı kampaniyasında milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyms Vusli Pensilvaniya ştatında yaşayan Fətullah Güləni kompromitasiya etmək üçün iki Türkiyə biznesmeni ilə müqavilə bağlayıblar. Bu barədə Reuters agentliyi öz təhqiqatına istinadən xəbər yayıb.
Reuters-in mənbələrinə və agentliyin əldə etdiyi  müqavilə iştirakçılarının elektron yazışmasına əsasən, Trampın seçkiqabağı kampaniyasının  8-ci günündə seçkilərə rəsmən qoşulandan sonra keçmiş kəşfiyyat şefi  Ceyms Vusli  Nyu-Yorkun “Peninsula” otelində iki türk biznesmenlə –Ekim Alptekin və Sezgin Korkmazla görüşüblər. Görüşdə Amerika xarici kəşfiyatı keçmiş şefinin arvadı  Nensi-Vusli- Miller də iştirak edib.
Vusli cütlyü “türkiyəli sifarişçilərə” Gülənin ifşa olunması, nüfuzdan salınması üçün  informasiya ilə müşayət olunan öz lobbiçiliklərini təklif ediblər. Növbəti dəfə “Peninsula”otelinə, türk həmsöhbətlərinə ünvanladıqları  elektron məktublarının birində Vusli cütlüyü “Güləni dövlət çevrilişinə cəhddə ittiham etmək planını” irəli sürüblər.  Onlar, hətta guya Ştatlarda “Gülənin fəaliyyətinin rəsmi təhqiqatının aparılması” görüntüsünü yaratmaq kimi xidmətlərini də təklif ediblər.
Vuslilərin təklifləri arasında Amerika idarəetməsinin önündə gələn fiqurlardan yararlanma da yer alıb. Reuters-in məlumatına görə onlar senator Ceff Seşnsı( indiki ədliyyə naziri), senator Bob Korkeri də bu işə qoşmağı məsləhət biliblər. Məktubda Ceymc Vuslinin SNN və Fox News televiziyalarında  Fətullah Güləni “necə lazımdırsa” işıqlandırmağı və buna uyğun maliyyə ayrılmasını da nəzərə almağı qeyd ediblər.
Ər və arvad “türk sifarişçilərindən” öz xidmətləri müqabilində 10 milyon dollar istəyiblər.Türkiyəli biznesmenlərin bu təklifi qəbul edib-etməməsi hələlik təhqiqatda yer almayıb.
Yenicə işıq üzü görən təhqiqat növbəti qalmaqalın başlanmasından xəbər verir.

BIR CAVAB BURAXIN