“Fənərbağça”nın sabiq futbolçusu həbs edildi

0
272

“Fənərbağça”nın sabiq futbolçusu Fabio Bilika həbs edilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi 17 min dollar məbləğində aliment borcu olduğundan saxlanılıb. Ancaq sabiq yarımmüdafiəçi lazım olan məbləği ödədikdən sonra azad olunub.

Xatırladaq ki, bu, Bilikanın ilk qalmaqalı deyil. Sabiq “Fənər”li əvvəllər aliment, zorlama və adam yaralamaq kimi ittihamlarla saxlanılmışdı. Braziliya mətbuatı son hadisəni “yenə Bilika, yenə qalmaqal” başlığıyla təqdim edib.

Bir müddət öncə də Bilika sabiq həyat yoldaşına olan aliment borcuna görə xəbərdarlıq almış və xeyriyyə məqsədiylə təşkil edilmiş tədbir zamanı saxlanılmışdı.

Bilika 2009-2012-ci illər aralığında “Fənərbağça”nın şərəfini qoruyub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five × five =