Evlərin qeydiyyatı sadələşir

0
576

11

Azərbaycanda yaşayış evlərinin qeydiyyatı proseduru sadələşdirilib.

Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna bunu nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.

Dəyişikliyə əsasən, Azərbaycanda fərdi torpaq sahəsində tikilmiş 12 metrədək hündürlükdə evlərin dövlət qeydiyyatı sadələşdirilir. Yəni, bu cür evlərin qeydiyyatı üçün yalnız torpağa mülkiyyət hüququnu təsdiqləyən sənəd tələb olunur.

İndiyədək tikintinin icra hakimiyyəti ilə razılaşdırılmış layihəsi, habelə istismara qəbul aktı da tələb olunurdu.

Əgər bina icarəyə götürülmüş sahədə yerləşirsə, bundan sonra qeydiyyat üçün icarə hüququ haqqında sənəd, binanın icra hakimiyyətilə razılaşdırılmış layihəsi və ya istismara qəbul aktı da tələb olunacaq.

BIR CAVAB BURAXIN