“Evlənməməyimin səbəbkarı atamdır” – “Banu”nun Güneli

0
566


“Anamla tək yaşayıram. Atam yoxdur, beş yaşımda anamla ayrıldılar. Bizi itirib. Yenidən görüşmək barədə fikrim yoxdur”.
Moderator.az xəbər verir ki, bu sözləri “Banu” verilişinin aparıcısı Günel Həsənzadə deyib.
“Gəlin danışaq” verilişinə qonaq olan teleaparıcı maraqlı açıqlamalar verib. Həsənzadə indiyənə kimi ailə qurmamağının səbəbini də açıqlayıb:
“Evimiz ikiotaqlı idi. Atam başqa qadınla evlənib otağın birində, biz isə digərində qalırdıq.  Düzdür, anamla həmin qadın dalaşmırdı, amma psixoloji gərginlik var idi. Üç uşağı oldu. Anamın və mənim halımı təsəvvür edin… Beşinci sinifdə oxuyana qədər o cür yaşamışıq. Onlara baxmayaraq mən pozitiv olmağa çalışıram.
Atam gələndə qabağına qaçırdım, həyətdə uşaqlar deyirdi, onun üçün çırpınma, sənin atan deyil. O biri bacılarınn atasıdır. Mən kişi olsaydım qadınımı o evə gətirməzdim. Baxırsa, qoy incisin. Bu günə qədər ailə qurmamağımın səbəbi də atamın mənə yaşatdığı o psixoloji travmadır.  Heç kimə güvənmirəm, hamıya dost, qardaş  gözüylə baxıram”.

BIR CAVAB BURAXIN